
Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli və AXCP fəalları Aqil Ali Məhərrəmli və Babək Hüseynlinincinayət işi üzrə məhkəmə başlayacaq.
Bu barədə Gununsesi.org-a adıçəkilən şəxslərin yaxınları bildirib.
Məlumatda qeyd olunur ki, proses yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq.
Qeyd edək ki, Saleh Rüstəmov AXCP sədri Əli Kərimlini maliyyələşdirməkdə ittiham olunur.
Keçmiş döyüşçü olan Saleh Rüstəmov ittihamları rədd edir.
Gununsesi.org












