Saçını yeyən qızın mədəsindən 2 kq-lıq tük topası çıxarıldı – FOTO

  • By admin
  • 13 İyul 2017 22:56

sac1
Hindistanda 16 yaşlı qızın mədəsindən əməliyyatla 2 kiloqramlıq saç topası çıxarılıb.
Milli.Az “Mirror”a istinadla bildirir ki, Aakanşa Kumari adlı qız 1 il ərzində gizlin olaraq öz saçını yeyib. Bundan qızın valideynlərinin xəbəri olmayıb. Qızlarının xeyli arıqladığını, tez-tez qusduğunu görən valideynlər onu həkimə aparıblar.
Rentgenlə müayinədən sonra məlum olub ki, qızın yediyi tüklər mədəsində topa şəklində yığılıb. Qız dərhal əməliyyat olunub. Onun mədəsindən 2 kiloqramlıq saç topası çıxarılıb.

Gununsesi.info