Şagirdi döyən direktor işdən çıxarıldı

  • Müəllif: admin
  • 20 Dekabr 2018 12:05

Ötən gün Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntü yayılıb.

Videogörüntü ilə bağlı Cəlilabad  Rayon Təhsil Şöbəsindən  məlumat verilib.

Bildirilib ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək.