Şahmatçılarımız erməniləri məğlub etdi

  • By admin
  • 03 Noyabr 2017 22:40

Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.

Gununsesi.info xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.

Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan-Şəhriyar Məmmədyarov, Sergey Movsesyan-Teymur Rəcəbov, Qabriel Sarkisyan-Arkadi Naydiç və Qrant Melkumyan-Rauf Məmmədov cütlükləri qarşılaşaşıblar.

Levon Aronyan-Şəhriyar Məmmədyarov cütlüyündə azərbacanlı şaxmatçı qələbəni əldə edə bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyan ilə xalı bölüşüb. Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində həmyerlilərimiz xal qazanaraq komandlarına qələbə qazandırıblar.

Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Gununsesi.info