Şahmatçılarımız ölkəmizi Avropa Çempionatının qalibi etdi

  • By admin
  • 06 Noyabr 2017 23:00
Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.
Gununsesi.info xəbər verir ki, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb.
Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 14 xalla bitirib. Lakin əlavə göstəricilərin cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.
Gununsesi.info