Şahzadə yol qəzasına düşdü - həyat yoldaşı öldü

  • By admin
  • 21 İyun 2018 16:31
 

Kamboca şahzadəsi Narodom Ranarit taksi sürücüsünün sürət həddini aşması və ehtiyatsızlığı səbəbindən ağır yol qəzasına düşüb.

Gununsesi.info “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində şahzadənin həyat yoldaşı Ouk Pxalla həyatını itirib.

Hadisə Kambocanın Kamponqsaom vilayətində baş verib.

“Qəza nəticəsində taksi sürücüsü sürət həddini aşaraq qarşısındakı maşını etiyatsızca keçib və əks yolda şahzadənin maşını ilə çarpışıb” – hüquq mühafizə orqanlarından bildirilib.

Taksi sürücüsünə ölümlə nəticələnən ehtiyatsız maşın idarə etmək və sürət həddini aşmaq maddəsi ilə iş açılıb.