Salyanda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var

  • By admin
  • 10 Dekabr 2017 20:20


Salyanda baş verən qəzada ər və arvad xəsarət alıb

APA-nın Mil-Muğan bürosunu məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində minik avtomobili ilə yük maşını toqquşub.

Nəticədə Qaradağ rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Fuad Mirzə oğlu və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Hüseynova Pərvanə Elxan qızı salyan rayon xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info