Samuxda 3 yaşlı uşaq hovuzda boğuldu

  • By admin
  • 12 İyun 2017 16:28
2017-06-12-15-24-52g-630
Samuxda 3 yaşlı uşaq su hovuzuna düşüb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, rayonun Sərkar kəndində 2014-cü il təvəllüdlü Namazov Mürşüd Röyal oğlu həyətdə dərinliyi 1-1,5 metr olan su hovuzuna düşərək boğulub. Valideynləri azyaşlını hovuzdan çıxartsalar da, onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma gedir.
Gununsesi.info