“Şeffild Yunayted” qələbə qazanıb, “Mançester Siti”nin oyunu təxirə düşüb

  • By admin
  • 09 Fevral 2020 20:13

İngiltərə Premyer Liqasında XXVI turun mübarizəsi davam edir.

Gununsesi.org-un məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Uğurlu mövsüm keçirən və avrokuboklara vəsiqəni hədəfləyən “Şeffild Yunayted” elitada qalmağı qarşısına məqsəd qoyan “Bornmut”u qəbul edib. Qonaqlar erkən qolla hesabı açsalar da, “Şeffild Yunayted” hər hissənin sonlarında bir dəfə fərqlənərək, əzmkar qələbə qazanıb.

Bu gün keçirilməli olan “Mançester Siti” – “Vest Hem” matçı əlverişsiz hava şəraiti ucbatından qeyri-müəyyən vaxta təxirə salınıb.

Turun digər qarşılaşmaları gələn həftəsonu baş tutacaq.

İngiltərə Premyer Liqası
XXVI tur
“Şeffild Yunayted” – “Bornmut” – 2:1

Şarp, 45+2; Lundstrem, 84 – Uilson, 13

1  Liverpul 25 24 1 0 60-15 73
2  Mançester S. 25 16 3 6 65-29 51
3  Lester 25 15 4 6 54-26 49
4  Çelsi 25 12 5 8 43-34 41
5  Şeffild Y. 26 10 9 7 28-24 39
6  Tottenhem 25 10 7 8 40-32 37
7  Everton 26 10 6 10 34-38 36
8  Mançester Y. 25 9 8 8 36-29 35
9  Vulverhempton 25 8 11 6 35-32 35
10  Arsenal 25 6 13 6 32-34 31
11  Bernli 25 9 4 12 28-38 31
12  Nyukasl 25 8 7 10 24-36 31
13  Sauthempton 25 9 4 12 31-46 31
14  Kristal Pelas 26 7 9 10 23-32 30
15  Brayton 26 6 9 11 31-38 27
16  Bornmut 26 7 5 14 26-40 26
17  Aston Villa 25 7 4 14 32-47 25
18  Vest Hem 25 6 6 13 30-43 24
19  Uotford 26 5 9 12 24-40 24
20  Norviç 25 4 6 15 24-47 18