Şeyx Qaragenlə görüşə getdi

  • By admin
  • 07 Sentyabr 2017 13:22

seyxul

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfərə yola düşüb.

Bu barədə Gununsesi.info-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, şeyxülislam A.Paşazadə səfər çərçivəsində Erməni Qriqoryan Kilsəsinin rəhbəri ll Qareginlə görüşəcək.

Görüş sentyabrın 8-də Moskva şəhərində baş tutacaq.

Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.

Gununsesi.info