Şimali Koreya Quam planını təxirə saldı

  • By admin
  • 15 Avqust 2017 22:20

simali_koreya_bayraq

Gununsesi.info olke.az-a istinadən xəbər verir ki, rəsmi Pxenyan raket sınağından əvvəl qonşularının hərəkətlərini izləyəcəyini bildirib.

Açıqlamada bildirilib ki, qarşı tərəfin Koreya yarımadası və ətrafında təhlükəli addımları davam etsə, raket sınağı həyata keçiriləcək.

Bir az əvvəl Şimali Koreya liderinin təsdiqi üçün təqdim edilən plan barədə məlumat verilmişdi. ABŞ-ın müdafiə naziri Ceyms Mettis ABŞ-ın Sakit okeandakı torpaqlarını və ya Birləşmiş Ştatları hədəf alan istənilən raket sınağının sürətlə müharibəyə çevriləcəyi barədə xəbərdarlıq etmişdi.

Gununsesi.info