“Qarabağ”-“Kopenhagen” oyunu başa çatdı: 1-0 - YENİLƏNİB (1)

  • By admin
  • 15 Avqust 2017 22:24

kopen

Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edir.

Gununsesi.info xəbər verir ki, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Vild-Donald Qere və Dino Dino Ndlovu yer alıblar.

Danimarka təmsilçisinin ilk on birliyində isə meydana Robin Olsen, Peter Ankersen, Pyer Benqtsson, Nikolay Boylesen, Mixail Lyuftner, Villyam Kvist, Benyamin Verbiç, Uroş Matiç, Yussef Tutu, Federiko Santander və Andriya Pavloviç çıxıblar.

Qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Paolo Tagliaventodur. Ona həmyerliləri Alessandro Giallatini və Alessandro Costanzo kömək edirlər. Dördüncü hakim funksiyasını Filippo Meli yerinə yetirir. Oyunda əlavə köməkçi hakimlər isə Massimiliano Irrati və Antonio Damatodur.

Qarşılaşmanın UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev (Bolqarıstan), hakim-inspektoru isə avstriyalı Fritz Stuçlikdir.

Play-off mərhələsinədək “Qarabağ” klubu Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” komandalarını mübarizədən kənarlaşdırıb.

***

Görüşün 25-ci dəqiqəsində “Qarabağ” komandası hesabı açıb. Ağdam təmsilçisinin heyətində Mahir Mədətov fərqlənib.

Gununsesi.info