“Soyuq Əllər, İsti Ürək” də  “DISCOPARTY” keçirilib

  • By admin
  • 09 Yanvar 2017 13:31

 

107

“Avto Radio 107.7 fm” paytaxtda açıq səma altında ilk diskotekasını təşkil edib. Gununsesi.info-nun xəbərinə görə, tədbir Fəvvarələr Meydanındakı  “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının ərazisindəki səhnədə təşkil olunub.

“DISCO PARTY” adlanan tədbirin əsas məqsədi aksiyaya diqqəti cəlb etmək, eləcə də paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xoş əhval-ruhiyyə və mənəvi zövq yaşatmaq olub. Diskotekada əsasən ötən əsrin 80-90-cı illərinin məhşur mahnıları DJ Çinanın və o dövr üçün əsas müsiqi alətlərindən sayılan zərb alətlərinin  müşayəti ilə izləyicilərə təqdim olundu. DISCO PARTY zamanı təşkil edilən “Flash Mob” izləyicilərin böyük marağına səbəb olub.

DJ Çinanın xüsusi və möhtəşəm çıxışı  Fəvvarlər Meydanına yığışın dinləyiciləri coşdurub. “Avto Radio”  və  “Amapola” şirkətinin dəvətliləri olan Samirə Əfəndiyeva, Elnarə və ABD Malik də bu aksiyada iştirak ediblər.  “Avto Radio 107.7 fm”  “Nərgiz” Fondunun  rəhbərliyi və  “Amapola Exclusive Events” şirkətinin təşkilati dəstəyilə artıq dördüncü dəfə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından olduğu üçün “DISCO PARTY”nin də həmin yarkamarda keçirilməsi məqbul  hesab edilb.

“Avto Radio 107.7 fm”in təşkil etdiyi diskoteka, cəmiyyəti bu və bunun kimi xeyriyyə aksiyalarına cəlb etmək, onları biganə qalmamağa dəvət etməyə xidmətdir.

Qeyd edək ki, bu “Avto Radio”nun 2017-ci il üçün ilk böyük tədbiridir.  Təxminən 2 saat davam edən diskotekanı 2 mindən çox insan izləyib.

Xatırladaq ki, “Avto Radio 107.7 fm” Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyətini davam etdirir. 2016-ci ilin  sentyabr ayından tamamilə yenilən “Avto Radio”  20-ci əsrin 80-90-cı illərinin ən məhşur mahnılarını öz dinləyicilərinə təqdim edir. Bundan əlavə “Avto Radio”nun əsas yayım istiqaməti Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdən ibarət olacaq.

Gülnaz Qənbərli

Gununsesi.info