Sumqayıtda 7 otaqlı ev yanıb

  • Müəllif: admin
  • 31 Mart 2017 12:24

yangin

Sumqayıt şəhərində 7 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info