Sumqayıtda ev yanıb - 2 YARALI

  • By admin
  • 09 Noyabr 2017 10:20

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb, xəstəxanaya aparılıblar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info