Suriyada terror: “20-dən çox ölü”

  • By admin
  • 14 Oktyabr 2016 10:52

suriya

Suriyanın Hələb şəhərinin Azez mahalının şimalındakı Nedim neft stansiyası yaxınlığında bomba ilə yüklü avtomobil partladılıb.

Gununsesi.info “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış zamanı 20-dən çox insan ölüb, xeyli sayda adam yaralanıb.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.Yaralılar təcili tibbi yardım maşınları ilə Türkiyə xəstəxanalara yerləşdiriliblər.

Hazırda heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Anar
Gununsesi.info