Sürücü sükan arxasında keçindi

  • By admin
  • 16 Dekabr 2016 17:20

qaza-sukan

Bakıda sürücü sükan arxasında ölüb.

Gununsesi.info-nun  APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, İstiqlaliyyət küçəsi 19 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Razi Habil oğlu Qarayev idarə etdiyi “Mitsubishi” markalı, H 011728 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən ürəyi tutub və sükan arxasında keçinib.

Avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info