Təhsil bilicisindən yeni təmayül tədris qaydasına münasibət

MÜTDA-dan verilən məlumata görə, 2026-2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir.

Bildirilib ki, 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir:

Gununsesi.info bildirir ki, təhsil eksperti Ramin Nuraliyev məsələyə belə reaksiya verib:

“Bu gözəl addımdır və təhsilimiz üçün çox xeyirli hesab edirəm. Xeyirli olsun! Layihənin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Lakin bu modelin bütün məktəblərə tətbiq olunması vacibdir. Mən buna uyğun modeli 2022-ci ildə öz məktəbimizdə (IV və IX siniflər üçün) tətbiq etmişdim və kifayət qədər müsbət tərəflərini görmüşdüm.

Bu layihənin imkanlarından səmərəli yararlanmaq üçün ilkin mərhələdə övladlarının təhsil prosesi üçün zəruri olan şəraiti, xüsusilə də şagirdlərin məktəbə aparılıb-gətirilməsi kimi logistik məsələləri təmin edə bilən valideynlərə bu layihədə iştirak etmələrini tövsiyə edirəm”.

 

 

Şəbnəm

Gununsesi.info