Tərtərdə yol qəzası baş verib, ölən və yaralananlar var

  • By admin
  • 10 Dekabr 2017 23:40


Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun giriş hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Land Cruiser” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “Kia”nın sürücüsü ölüb.
Qəza zamanı habelə “Kia” avtomobilinin daha iki sərnişini də ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info