Talassemiya Mərkəzi ilə bağlı yeni QƏRAR

  • By admin
  • 17 Avqust 2017 11:34

talas

Nazirlər Kabineti Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qərara alıb ki, Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulsun.

Maliyyə və Səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Gununsesi.info