
Zamanla öz kəşfləri, fəaliyyəti ilə tarixin səhifələrinə adlarını yazmış qadınlar olub. Hansı ki, onlar hər zaman rəğbətlə anılmaqdadırlar. Gununsesi.info oxucularını tarixin axarını dəyişən cəsarətli, istedadlı qadınlarla tanış edir.
Mariya Kuri

Fizik, kimyaçı, pedaqoq və ictimai xadim. Əri ilə birlikdə bir çox kəşflərə imza atıb. İki dəfə Nobel mükafatı alıb.
Valentina Tereşkova

Dünyanın ilk qadın kosmonavtı, texnika elmləri üzrə professor.
Ameliya Erxart

Atlantik okeanını keçən ilk qadın pilot. Barəsində kitab yazanlar bestsellerə çevrilib. “99” adlı qadın pilotlar təşkilatını yaradaraq, onun ilk prezidenti olub.
Komako Kimura

Yaponiyada qadınların seçkilərdə iştirakına müvəffəq olan qadın.
Mod Vaqner

Dünyada ilk qadın tatu ustası. İlk tatularını 1907-ci ildə çəkib.
Sofiya İoneski

Dünya üzrə ilk qadın neyrocərrah.
Annet Kellerman

Qadınların çimərlik paltarı geyinməsinə nail olmuş qadın. 1907-ci ildə çəkdirdiyi bu şəkildən sonra həbs edilib.
Gertruda Kerolayn Ederle

1926-cı ildə La Manş boğazını üzüb keçən ilk qadın.
Eliza Zimfereski

Dünyada ilk qadın mühəndis.
Gununsesi.info












