Teatra yeni direktor təyin olundu

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 21:34

muzteatr

Gəncə Dövlət Kukla Teatrına yeni direktor təyin olunub.

Gununsesi.info xəbər verir ki, teatrda aktrisa kimi fəaliyyət göstərən Mahirə Haqverdiyeva teatrın direktoru vəzifəsinə təyin olunub. Məlumata görə, 1978-ci ildə anadan olan Mahirə Haqverdiyeva 1997-ci ildən teatrda aktrisa vəzifəsində çalışıb.

Qeyd edək ki, teatrın əvvəlki direktoru Bayram Fətəliyev bir müddət əvvəl dünyasını dəyişib.

Gununsesi.info