Terrorçular şirkətə məxsus 11 texnikanı yandırıb - FOTO

  • Müəllif: admin
  • 30 Avqust 2017 12:17

02

Türkiyənin Siirt vilayətində yolun tikintisini həyata keçirən şirkətin 11 texnikası separatçı terror təşkilatının üzvləri tərəfindən yandırılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə saat 21: 30 radələrində şəhər mərkəzindən 25 kilometr aralıda yerləşən Bağlıca və Dəmirqaya kəndlərində baş verib.

Siirt vilayət bələdiyyəsindən bildirilib ki, Bağlıca və Demirkaya kəndləri kəndləri arasında olan avtomobil yolunu yenidən inşa edən şirkətə aid 11 texnika separatçı terror təşkilatının üzvləri tərəfindən yandırılıb.

Qeyd edək ki, hadisənin baş verdiyi əraziyə Jandarma Xüsusi Əməliyyat Komandası cəlb olunub.

Anar

Gununsesi.info