Tillerson Çavuşoğlu və Lavrovla Suriya məsələsini müzakirə edib

  • By admin
  • 21 Yanvar 2018 21:35

ABŞ-ın dövlət katibi Reks Tillerson telefonla Türkiyə və Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla Suriyanın Afrin bölgəsindəki aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert bildirib.

“Suriyanın şimal-qərbindəki vəziyyət ABŞ-ı olduqca narahat edir”, X.Nauert vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Gununsesi.info