
Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə müğənni Nüşabə Ələsgərli ilə onun arasını pozmağa çalışan şəxsə qəzəblənib.
Gununsesi.info xəbər verir ki, o, Nüşabə ilə illərin dostu olduğunu bildirib:
“Mən Nüşabə ilə illərin dostuyam. Rəhmətlik anası qabağıma çörək qoyub. Hansısa gözlərinin altına botok edən, ortalıqda gəzir orda-burda danışır, aravuranlıq edir. Ay kişi, bəlkə sən bir özünə baxıb, sonra kiməsə söz deyəsən? Camaat onsuz da səni ələ salır, mən durub sənin haqqında nəsə danışsam, daşa basacaq, qoy oturmuşam, ağzımı açma. Sən bəlkə kiminsə yanında deyə bilərsən ki, “filankəsi yerinə otuzdurdum”, amma sənin özünü otuzduran az olmayıb”
Gununsesi.info











