Torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb – Elnur Abbaszadə yazır

  • By admin
  • 24 Dekabr 2020 15:32
Əminliklə vurğulaya bilərik ki, müasir və müstəqil Azərbaycan tarixinin yeni mərhələsi, eləcə də yeni əsrimizin yeni liderlik dövrü dövlət xadimi İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, İlham Heydər oğlu Əliyev adı və sanı ilə xalqın qalib simvoluna, mütərəqqi əməlləri isə qürur rəmzinə çevrilmişdir.
Bütün bu həqiqətlərin təməlində isə həyat və fəaliyyətini doğma xalqına və torpağına sonsuz məhəbbət və sədaqət meyarları dayanmaqdadır. Bu məhrələlərin reallaşması isə söz yox ki, heç də asan başa gəlməmişdir. Çünki o da sirr deyil ki, dövlətçilik, milli-mənəvi dəyər ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında, ölkənin qalib gücə çevrilməsində şəxsiyyətin rolu böyükdür.
Dahi öndər Heydər Əliyev tarixi müraciətində peyğəmbərcəsinə vurğulamışdı ki: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bütovlükdə isə, İlham Əliyevin fəaliyyəti istiqamətindəki danılmaz gerçəkliklərə sistemli olaraq nəzər salsaq biz bir çox keçidlərin, mərhələlərin şahidlərinə çevirlmiş olarıq. Bu mərhələlərin uğurlu keçididir ki, artıq Onun barəsində danışarkən, düşünərkən, yazarkən biz müdrik dövlət xadimi ifadəsini işlədirik. Bu ifadə İlham Əliyevin üzərinə düşən, ardıcıllığı ilə seçilən missiyanın mühüm xarakterlərinin ilk göstəricilərindədir. Söz yox ki, bu missiyanın təməlini Ulu Öndər Heydər Əliyev öz tarixi müraciətində qoymuşdu. Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadiminə çevirir.
Məhz bu müddət ərzində Prezident İlham Əliyevin bir dövlət xadimi kontekstində genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, O öz qarşısına bütünlüklə Azərbaycana, xalqının sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirmək məqsədini qoyub. Əbəs deyildi ki, Azərbaycan Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir”.
Yaxud, Dahi Öndər Heydər Əliyevin peyğəmbərcəsinə “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamı da qeyd edilən fikirləri özündə cəmləşdirib və bu gün biz bütün bunların məntiqi, əməli nəticələrini görməkdə, şahidi olmaqdayıq. Bəli, “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bü gün İlham Əliyev hakimiyyəti möhkəm, sarsılmaz dövlətçilik ucalığı üzərində dayanmaqdadır. O cümlədən, qlobal dünyamızda baş verən hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək bilavasitə İlham Əliyevin dövlət xadimi olaraq, həm də dövləti idarəetməsinin əhəmiyyətli əsasını təşkil edir.
Artıq bu gün Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib.
Sosial-iqtisadi, ictimai-siyasi və humanitar, təhsil, səhiyyə və s. çoxşaxəli sahələri əhatə edən bir çox dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi. Beləliklə, ölkəmizdə 17 il ərzində əldə olunmuş böyük uğurların təməlində Prezident İlham Əliyevin mütərəqqi yolu dayanır.
Son 30 ildə keçdiyimiz yola müxtəlif yanaşmalar, fərqli izahlar ola bilər. Şəxsi əminliyim isə ondan ibarətdir ki, Ordumuzun 2016-cı ilin Aprel döyüşlərində əldə etdiyi hərbi uğur qələbəyə olan ümumxalq inamının qorunub saxlanılmasında və dirçəlməsində, vətənpərvərlik ruhunun hər ötən gün daha da güclənməsində xüsusi əhəmiyyətə malikdir. Strateji nöqteyi-nəzərdən Aprel döyüşləri düşmənlə hərbi qarşıdurmada dönüş nöqtəsi demək idi. Diplomatiya müstəvisində miqyasına görə müqayisə oluna biləcək tarixi dönüş 2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransında baş verdi. İlk ictimai debat populizmlə siyasi təcrübənin, tarixi saxtalaşdırmaq cəhdi ilə tarixi keçmişə ədalətli istinadın, işğalçılıq siyasətinin müdafiə cəhdi ilə beynəlxalq hüquqa söykənən mövqenin üz-üzə dayandığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qətiyyətli dövlət xadimi, əsl dövlət adamı, öz xalqının iradəsinə söykənən siyasi lider və yüksək intellekt sahibi kimi beynəlxalq auditoriya qarşısında keçirilən debatda ortaya qoyduğu mövqe sayəsində dünya ictimaiyyəti əmin oldu ki, haqq və tarixi ədalət, beynəlxalq hüquq Azərbaycan xalqının tərəfindədir.
Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb.
Ali Baş Komandan İlham Əliyevin mürəkkəb xarakterli münaqişəni həll edən lider olduğunu sübut etdi.
Elnur Abbaszadə

Gununsesi.org