Toy vaya döndü - Toy karvanının qəzaya uğraması 45 nəfərin ölümünə səbəb oldu

  • By admin
  • 29 Yanvar 2017 10:54

toy-mad

Madaqaskarın Andjozorob şəhərində yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub, 24 nəfər xəsarət alıb.

Gununsesi.info TASS informasiya agentliyi xəbər verir ki, Andjozorob şəhər merinin sözlərinə görə, təxminən 70 nəfəri daşıyan avtomobil Mananar çayının üstündəki körpüdən aşıb.

Merin sözlərinə görə ölənlərdən 9-u uşaq, 27-si qadındır. Həlak olanların əksəriyyəti suda boğulub. Ailə quranlar da hadisə zamanı maşında olub.

Gununsesi.info