“Toyota” və “Daewoo” toqquşdu - ÖLƏN VAR

  • By admin
  • 15 May 2017 09:49

avtoqeza

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda “Toyota” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1941-ci il təvəllüdlü Əliyev Elman Bəhman oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:38-də başa çatıb.

Anar

Gununsesi.info