İrandakı məşhur Azərbaycan futbol klubunun prezidenti təzyiqlərə görə istefa verdi

  • Müəllif: admin
  • 10 Dekabr 2019 16:08
Baş məşqçi Mustafa Dənizli ilə yollarını ayıran “Traktor”da daha bir istefa reallaşıb.
Gununsesi.org xəbər verir ki, Cənubi Azərbaycan klubunun prezidenti Qulam Rıza Sadegian istefa verib.
O, bu addımı Təbriz derbisində “Maşinsazi”yə 0:2 hesablı məğlubiyyətdən sonra atıb. Klub prezidenti gedişini belə əsaslandırıb: “Meydandankənar bəzi məqamlar “Traktor”un uğur qazanmasını istəmir. Komandanın önünü kəsib, nəticələrə təsir edirlər”.