Türkiyə elektron siqaretlərin idxalına qadağa qoydu

  • By admin
  • 25 Fevral 2020 16:51
Türkiyədə elektron siqaretlərin, elektron qəlyanların, onların komponentlərinin idxalına rəsmən qadağa qoyulub.
Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan açıqlama verib. Bu barədə o, özünün rəsmi tvitter səhifəsində yazıb.
“Bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan elektron siqaret və qəlyan məhsullarının və onların komponetlərinin ölkəyə gətirilməsinə qadağa qoyan qanun rəsmi olaraq yayımlanıb”.
Nazir bildirib ki, bu məhsullar sağlamlığa ciddi zərər vurduğu üçün qadağan edilib.
Qeyd edək ki, daha əvvəl ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi elektron siqaret çəkənlərdə ağciyər və tənəffüs xəstəliklərinin aşkar edildiyini açıqlayıb. Xəstəliyə bu tip siqaretlərdə olan E vitamini yağının səbəb olduğu deyilir.

Gununsesi.org