Türkiyə son nəfəsdə qalib gəldi - "CENK"-Ə DƏVAM

  • By admin
  • 12 Oktyabr 2019 09:54

Bu gün Avro-2020-nin seçmə mərhələsində 7-ci turun növbəti oyunları keçirilib.

Gununsesi.org xəbər verir ki, H qrupunda yer alan Türkiyə millisi də doğma azarkeşləri önündə Albaniya yığmasını qəbul edib.

Oyunda yeganə qol 90-cı dəqiqədə vurulub. Cenk Tosunun vurduğu qol “ay-ulduzlular”a 1:0 hesablı qələbə qazandırıb. Bu qələbədən sonra Şenol Günəşin komandası xallarının sayını 18-ə yüksəldərək qrupda liderliyə yüksəlib.

Qrupun digər matçında isə Fransa İslandiya üzərində 1:0 hesablı qələbə qazanıb. Fransızlar 18 xalla qrupda ikincidir.

11 oktyabr

H qrupu

22:45. Türkiyə – Albaniya – 1:0

Qol: Cenk Tosun

 

 

 

Gununsesi.org