Türkiyənin 3 məşhur ulduzu Bakıya gəlir

  • By admin
  • 10 Noyabr 2017 19:50


Türkiyənin üç məşhur ulduzu : Özge Özder, Begüm Birgören və Tamer Karadağlı Bakıya gələcək.

Gununsesi.info iki tanınmış aktrisa bu ayın 16-sı Azərbaycanda qonaq olacaqlar.

4 gün paytaxtımızda olan O. Özder və B. Birgören ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində iştirak edəcəklər.

“Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer Karadağlı isə ölkəmizə noyabrın 30-u təşrif buyuracaq.

Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə iki ölkənin ən populyar simaları iştirak edir.

“Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.

 

Gununsesi.info