Üç gün öncə avtomobillə vurulan piyada dünyasını dəyişdi

  • By admin
  • 20 Oktyabr 2016 17:24

Piyadani Vurdu

Üç gün öncə Xaçmazda avtomobillə vurulan piyada dünyasını dəyişib.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, 22 yaşlı Şahzadə Sənan Nüsrət oğlu xəstəxanada ölüb.

Qeyd edək ki, qəza oktyabrın 17-də rayonunun Qobuqırağı kəndi ərazisində qeydə alınıb. Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Lada Largus” markalı avtomobil Xaçmaz sakini 22 yaşlıŞahzadə Sənan Nüsrət oğlunu vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Gununsesi.info