Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonu, Müsüslü kəndində “HYUNDAİ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “HYUNDAİ” markalı yük avtomobilində sıxılan vəziyyətdə qalan 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 6:00-da başa çatıb.

Gununsesi.info