Ukrayna Hərbi Kəşfiyyatı: -Rusiyanın qanadlı raketləri məhv edilib

Ukrayna Milli Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi (GUR) Krımın şimalındakı Canköy şəhərində baş verən partlayışda Rusiyaya məxsus qanadlı raketlərin məhv edildiyini iddia edib.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Ukrayna Kəşfiyyatı GUR-dan verilən yazılı açıqlamada  partlayışın Krımın şimalındakı Canköy şəhərində  baş verdiyi bildirilib.

Partlayış zamanı dəmir yolu ilə yanaşı, nəqliyyat zamanı Rusiyanın “Kalibr” qanadlı raketləri də məhv edilib”. Bu raketlərin Rusiya Qara Dəniz Donanmasının gəmilərindən atmaq məqsədi ilə alındığı iddia edilib.

Açıqlamada qeyd olunub ki, sözügedən raketlərin məhvetmə məsafəsi quruda olan hədəflər üçün 2500 kilometrdən, dəniz hədəfləri üçün isə 375 kilometrdən çoxdur: “Müəmmalı partlayış Rusiyanın tərksilah prosesini davam etdirir və Ukraynanı Krım yarımadasını işğaldan xilas etməyə hazırlayır. ” ifadəsindən istifadə edilmişdir.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info