Ukrayna Saakaşvilinin olduğu ərazini minaladı

  • By admin
  • 10 Sentyabr 2017 21:21

640x480
Ukrayna sərhədçiləri keçmiş qubernator Mixail Saakaşvili və onunla birlikdə olan deputat və siyasətçilərə “Şeqini” buraxılış məntəqəsinin minalandığı üçün müvəqqəti olaraq bağlandığını deyiblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Təhükəsizik Xidmətinin (UTX) keçmiş müşaviri Markiyan Lubkivski özünün Feysbuk hesabında yazıb.

“İndicə sərhədçilər UTX-nin Lvov bölməsinin növbətçilərinə istinadən məlumat verdi ki, “Şeqini” buraxılış məntəqəsi minalanıb”, – Lubkivski yazıb.

Gununsesi.info