Ümit Özat Azərbaycan klubunda?

  • By admin
  • 25 Sentyabr 2019 22:35

Son olaraq “Adana Demirspor”u çalışdıran Ümit Özat karyerasını Azərbaycanda davam etdirə bilər.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Belə ki, mütəxəssisin “Sabah”la danışıqlar apardığı bildirilir. Premyer Liqa təmsilçisi rəhbərliyinin Ümit Özatla görüş üçün İstanbulda olduğu da qeyd olunub.

Qeyd edək ki, Ümit Özat məşqçilik karyerası ərzində “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İY”, “Gençlerbirliği” və “Giresunspor” kimi klublarda çalışıb.

Gununsesi.org