Bildirmək istəyirəm ki, bu haqda məlum alimlərin söylədikləri və gəldiyi qənaətdən çox da qorxub panikaya düşmək lazım deyildir, çünki ölçüsü yalnız 20 nonomikronda kiçik olan hissəçiklər ağ ciyər və tənəffüs yollarına keçə bilir; 1 mlm tənəffüs havasında 1000 mlm hissəçik olsa belə, 20 nonomikrondan kiçik hissəciklərin faiz nisbəti, heç də həmişə yoluxmaya səbəb olan virus yükünü daşımağa imkan vermir;
ölçüsü 20 nonomikrondan böyük olan hissəçiklər isə, yalnız həzm traktına daxil olur və mədənin turş mühütündə ani olaraq inaktivləşir; hətta həmin şəxs axlorhidriyadan əziyyət çəkirsə belə, həzm traktında AÇF reseptorları olmadığından, bu halda Covid 19-a yoluxma haqqında düşünmək belə absurd bir şeydir;
digər tərəfdən, hətta günəş şüası olmadıqda belə, təmiz atmosfer havası çox yüksək antimikrob və antiviral təsirə malikdir və çox qısa müddətdə virusların genom strukturunu inaktivləşdirməklə, onların virulentlik əmsalını sıfırlayır.
Odur ki, yalnız yaxın kontaktda, xüsusən, qapalı mühüt daxılındə (təkrar edirəm, qapalı mühit daxilində) bu infeksiyadan qorunmanın əsas yollarından biri maska taxmaqdır.
İndi isə maska taxmanın yaxın və uzaq fəsadları haqqında:
1. Uşaqlara təsiri.
Birinci uşaqlıq yaş dövrü sona çatana qədər (6 yaş) bronx-ağ ciyər sistemi formalaşmadığına görə, uşaqlara maska taxmaq qəti qadağandır. Bu hal faciəyə səbəb ola bilər. Yalnız zərurət yaranarsa (uşaq təhlükə gözlənilən qapalı mühitə girirsə), maska qısa müddətə- 10-15 dəqiqə taxıla bilər. Yaxşı olar ki, maska taxmağa bu münasibət, uşaqlarda ağ ciyər-tənəffüs sistemi tam formalaşana qədər, yəni qız uşağının 11, oğlan uşağının isə 12 yaşı olana qədər əməl olunsun.
Musa Qəniyev
Professor