ÜST bu dərmanların sınaqlarını dayandırıb

  • By admin
  • 05 İyul 2020 10:04

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilən xəstələrdə hidroksixloroxin (malyariyaya qarşı dərman) və lopinavir/ritonavirin (antiretrovirus dərman) dərmanlarının sınağını dayandırıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə təşkilatın saytında yayımlanan açıqlamada bildirilib.

Bildirilib ki, ilkin sınaq nəticələri hidroksixloroxin və lopinavi/ritonavirin COVİD-19 ilə xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm hallarının azalmasına səbəb olmadığını göstərdi.

 

 

Gununsesi.org