Uzun incə bir yoldayam -NOVRUZ NOVRUZLUNUN SOLO KONSERTİ

  • Müəllif: admin
  • 28 Fevral 2018 15:10
Tanınmış təsəvvüf  musiqisi ifaçısı Novruz Novruzlunun solo konserti olacaq
 
Azərbaycanda  təsəvvüf  və sufi musiqisinin tanınmış siması  Novruz Novruzlunun solo konserti olacaq.
 
Bu barədə Gununsesi.info-ya  məlumat verən Novruz Novruzlu bildirib ki,  konsert  Novruz bayramı öncəsi  martın 18-də keçiriləcək. “Uzun, incə bir yoldayam” adlı solo konsert proqramında müxtəlif illərdə oxunan mahnılarla yanaşı, yeni ifalar da təqdim olunacaq. O deyib ki, konsertdə təkcə Azərbaycan bəstəkarlarının mahnıları yox, eyni zamanda rus, italyan, hind musiqiləri, təsəvvüf  musiqiləri də səslənəcək. 
Konsert saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Hicaz” qrupu ilə birlikdə keçiriləcək. Biletləri mərkəzləşdirilmiş kassalardan, ASAN Xidmətin kassalarından vəiticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, “Savalan” qrupunun bədii rəhbəri,  Opera və Balet teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsini bitirib. N.Novruzlu “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”-da Əsgər,  “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət Şərq ansamblında solist kimi fəaliyyət göstərib. Məlumat üçün söyləyək ki, sözügedən ansambl dünya xalqlarının musiqilərini ifa edirdi. 
Novruz Novruzlu daha çox Azərbaycanda təsəvvüf və sufi musiqlərinin ifaçısı  və onun fəlsəfəsini Azərbaycan tamaşaçısan tanıtdıran bir  şəxs kimi tanınıb.  
Mürtəza
Gununsesi.info