“Vətəndaşların azad edilməsinin ikinci mərhələsi başlanmalıdır” - ZELİNSKİDƏN AÇIQLAMA

  • By admin
  • 07 Sentyabr 2019 21:25

“Ukrayna vətəndaşlarının, o cümlədən Krım həbsxanalarında olanların hamısının azad edilməsi üçün ikinci mərhələyə başlanıla bilər”.

Gununsesi.org xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O deyib ki, Kiyev həbsdə olan bütün vətəndaşların sərbəst buraxılması üçün ciddi işə başlayacaq:

“Söhbət bir ildən getmir. Biz bunu tez etməyə çalışacağıq. Arzulayırıq və çalışırıq…”.

Qeyd edək ki, Zelenski Rusiya və Ukrayna arasında dustaqların dəyişdirilməsi ilə bağlı əldə edilən razılığa əsasən 16 nəfəri əfv edib. O cümlədən, Rusiyada həbsdə olan ukraynalı dənizçilər sərbəst buraxılıb.

 

Gununsesi.org