Vətəndaşı təhqir edən gömrük işçisi işdən qovuldu

  • By admin
  • 17 Noyabr 2016 21:36

meydan

Meydan TV-nin yaydığı görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurdu

Gununsesi.info-nun Meydan TV-yə istinadən məlumatına görə, Azərbaycanın Gürcüstanla sərhədindəki “Sınıq Körpü” gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərov tutduğu vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub. “Virtualaz.org” saytına bu barədə məlumatı Gömrük Komitəsinin mətbuat idmətindən veriblər.

Noyabrın 17-də Meydan TV həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində vətəndaşlarla kobud davrandığını göstərən videogörüntü yayımlayıb. Kadrlara əsasən, həmin zabit qonşu ölkədən qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: “Kor sənsən. Mənim beynimdə 24 milyon şey var…rüşeym, hüceyrə var, sən həmişə də gedibsən..”

Videogörüntü sosial şəbəkələrdə rezonans yaradıb, tənqidə səbəb olub. Bundan sonra Gömrük Komitəsi zabitlə bağlı ölçü götürüldüyünü bəyan edib.

Gununsesi.info