Vətəndaşların şikayətlərinə baxmayanlar cəzalandırılacaq

  • By admin
  • 25 May 2016 13:55

Millio Meclisss

Azərbaycanda vətəndaşların müraciətləri haqqında qanunvericiliyində nəzərdə tutulan sanksiyaların daha da sərtləşdrilməsinə ehtiyac var. Gununsesi-info xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında  İnzibati Xətalar Məcləlləsində vətəndaşların müraciəti ilə bağlı məsələnin müzakirəsi zamanı qeyd edilib.

Millət vəkili Elman Nəsirov  deyib ki, Azərbaycanda vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə nəzərdə tutlan sanksiyalar yüngüldür.

“Çünki yüz iki yüz manat vəzifəli şəxs üçün  elə də böyük  miqdar deyil. Ona görə də sanksiyanın daha da artırılmasına ehtiyac var”, -deyə millət vəkili vurğulayıb. E. Nəsirov onu da əlavə edib ki,    Məcəlləyə edilən dəyişiklik eyni zamanda “sənə  səndən şikayətim var” prinsipinin aradan qalxmasına öz töhfəsini vermiş olacaq: “İndiyə kimi vətəndaşlar da şikayət edirlər ki, hər hansı məsələ ilə bağlı müracitə edəndə müraciətə və şikayət olunan şəxsin üzərinə göndərilirdi və müraciət nəticəsiz qalırdı. Amma qanundakı dəyişiklik bu vəziyyəti aradan qaldıracaq”.

Milli Məclisin sədr müavini Bahar Muradova məsələyə mövqeyini açıqlayaraq deyib ki, əgər vəzifəli şəxs məsələyə səhlənkar, laqeyd yanaşarsa, onun fəaliyyətinə adekvat  qiymət vermək olar. “Onsuz da son dövrlərdə Azərbaycanda  sanksiyaların sərtləşdirilməsi yolu seçilib. Ancaq bu qanunda təklif olunan sanksiyanəın həcmi günün reallığına uyğun seçilib. Əgər sabah sanksiyanın sərtləşdirilməsinə ehtiyac duyuluarsa, o zaman  sanksiya sərtləşdirilə bilər. Yəni, zamanı gələndə məsələyə baxıla bilər”, – deyə B. Muradova qeyd edib.

Mürtəza Bünyadlı