Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

  • By admin
  • 26 İyun 2017 20:56

xilas

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə paytaxtın Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:36-da başa çatıb.

Gununsesi.info