Xəzərdə bir nəfər batdı, axtarış aparılır

  • By admin
  • 04 İyul 2017 20:29

batmaq

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

 Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.

Gununsesi.info