Xaçmaz rayonunda piyadanı avtomobil vurub

  • By admin
  • 09 Mart 2018 08:35

Xaçmaz rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Pərdiqıran kəndində qeydə alınıb. Kənd sakini Yaşar Gözəlovu maşın vurub. Xəsarət alan şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info