Xalq artisti vəfat etdi

  • By admin
  • 26 İyun 2017 10:20

qendab_quliyeva

Müğənni və aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva bir neçə saat öncə vəfat edib.

Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

 

Gununsesi.info