
Xalq artisti, teatr və kino aktrisası Safura İbrahimovanın səhhətində problem yaranıb.
Gununsesi.info xəbər verir ki, o, bu haqda milli.az-a açıqlama verib:
“Səhhətim yaxşı deyil, ayaqlarım tutulub. Ev şəraitində iynə dərmanla müalicə olunuram. Güc-bəla ilə durub gəzirəm, yoruluram. Heç halım yoxdur ki, telefon zənglərinə cavab verim. Baxmayaraq ki, sabah ad günümdür. Heç ad günü abu-havasında da deyiləm. İstəmirəm kimsə məni təbrik etsin” – deyə aktrisa bildirib.
Qeyd edək ki, aktrisanın sabah 78 yaşı tamam olur.

Gununsesi.info










