“Xalq Bank”ın binası satışa çıxarıldı - FOTO

  • Müəllif: admin
  • 30 Yanvar 2019 12:00

Azərbaycanın məşhur banklarından olan “Xalq Bank”ın yerləşdiyi bina satışa çıxarılıb.

Gununsesi.org Axar.az-a istinadən xəbər verir ki, 28 May küçəsində yerləşən binada “Xalq Bank”la yanaşı, geyim mağazası, gözəllik salonu və restoran yerləşir.

Binanın 1-ci mərtəbəsi 298 kvadratmetrdir (Əlavə 38 kvadratmetrlik asma qat var). Binanın 4 giriş qapısı, 6 vitrinli pəncərəsi var.

Ümumilikdə 480 kvadratmetr olan bina 7 milyon manata satışa təqdim edilib.