Xan Şuşinski Fondu bu dəfə Budapeştdə tədbir keçirəcək

  • By admin
  • 08 Oktyabr 2016 00:18

beyim-1

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə oktyabrın 11 -də Macarıstan Respublikasının Budapeşt şəhərində tədbir düzənlənəcək.

Bu haqda Gununsesi.info-ya sözügedən Fondun prezidenti, Xalq atristi Xan Şuşinskinin qızı Bəyimxanım Çavanşirova-Verdiyeva məlumat verib.

O, qeyd edib ki, “Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərliklə bağlı tədbirin keçirilməsi” adlı növbəti lahiyələrini  ğercəkləşəcəklər.

“Tədbirdə vətənpərvərliklə bağlı çıxışlar olacaq. Tədbirdə Azərbaycanın tanınmış sənətkarları-Xalq artisti, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri Fikrət Verdiyev, Gəncə Dövlət Filarmoniyasının solistləri- Əməkdar artisti Sevinc Sarıyeva, Habil Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov böyük konsert proqramı ilə çıxış edəcəklər”-deyə, B. Cavanşirova-Verdiyeva sözlərinə əlavə edib.

Gununsesi.info